Rusiyanın silah baronu ilə ABŞ-nin basketbolçusu dəyişdirildi

ABŞ-nin məşhur basketbolçusu Brittni Qrayner məhbus mübadiləsi üçün azad edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

Belə ki, basketbolçu rus silah satıcısı Viktor But müqabilində evə buraxılıb.

Bayden Brittninin azad olunmasına münasibət bildirib:

“O təhlükəsizdir və təyyarə ilə evə gedir”.


Share: