Rusiyadan Polşaya cavab: “Faşistə çevrilirsiniz”

Polşanın bizi özünə əsas təhdid olaraq görməsi əsassızdır.

Müstəqil.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının rəsmi nümayəndəsi Frans Klintseviç söyləyib.

“Polşa üçün hazırda ən böyük təhdid bu ölkənin daxilində gedən proseslərdir. Mən faşizmi nəzərdə tuturam. Polşanın keçmiş prezidenti Lex Valensa da bir müddət əvvəl faşizmin öz köklərini bu ölkəyə də atdığını etiraf etdi”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Polşa baş naziri Rusiyanı ölkəsi üçün ən böyük təhdid adlandırmışdı.

Müstəqil.Az

Share: