25 yaşlı qızın başını kəsdilər -FOTO

ABŞ-ın Oreqon ştatında dəhşətli cinayət hadisəsi baş verib.

Müstəqil.Az  lenta.ru-ya istinadən xəbər verir ki, amerikalı model Sara Jqulun (Sara Zghoul) cəsədi “BMW” markalı maşının yük yerindən tapılıb.

Hadisə yanvarın 25-də olsa da, polislər bundan iki gün sonra xəbər tutub. 25 yaşlı model və aktrisanın başı bədənindən ayrılmış vəziyyətdə aşkar edilib. Cinayətkarlar onun cəsədini iki çemodana yerləşdirib. Onun bir azyaşlı övladı qalıb.

Polis artıq cinayətkarı ələ keçirib. Ancaq onun kimliyi açıqlanmır.

Müstəqil.Az

Share: