Rusiyada 12 yaşlı qızın mədəsindən nəhəng saç topası çıxdı – FOTO

Surqutda uşaq cərrahları 12 yaşlı qızın mədəsindən uzunluğu 20, qalınlığı 2 santimetr olan tük topası çıxarıblar.

Bu barədə Xantı-Mansiysk Muxtar Dairəsinin səhiyyə departamentinin direktoru Aleksey Dobrovolski “Telegram”da məlumat verib.

Onun sözlərinə görə, məktəbli qarın ağrısı və qusma şikayətləri ilə həkimlərə müraciət edib. Qızla söhbət etdikdən sonra həkimlər onda saçlarının uclarını çeynəmək vərdişi olan Rapunzel sindromuun aşkar ediblər. Nəticədə, uşağın bağırsaq traktında saç topası əmələ gəlib. Zaman keçdikcə onun ölçüləri böyüyüb və bütün mədə boşluğunu doldurub.

Surqut Şəhər Xəstəxanasının uşaq cərrahları və anestezioloqlarından ibarət briqada məktəbli qızın mədəsində açıq əməliyyat keçirib. Əməliyyatdan sonra uşağın özünü yaxşı hiss etdiyi bildirilib.

Share: