Rusiya: Stadiona toyuqlar buraxılmayacaq

Rusiya bu il ölkəsində baş tutan Dünya Çempionatına nigeriyalı futbolsevələrin uğur rəmzi saydıqları toyuqları gətirmələrinə icazə verməyəcək.

Müstəqil.Az xəbər verir ki, bu barədə Kalininqradın Mədəniyyət və Turizm naziri Andrey Yermak məlumat yayıb. O, stadiona hər hansı canlı heyvanın buraxılmayacağını bildirib.

Yermak stadiondan kənarda komandasını dəstəkləmək istəyən nigeriyalılara toyuq almaq üçün lazımi yerləri tövsiyyə edə biləcəyini deyib.

Qeyd edək ki, Nigeriya millisi Dünya Çempionatında D qrupundakı Xorvatiya ilə qarşılaşacaq.

Nigeriyalı futbol həvəskarları toyuğun futbolda uğur gətirdiyinə inanırlar.

Büllurə Y.

Share: