YUBİLEYİN MÜBARƏK

YUBİLEYİN MÜBARƏK

 

(Dəyərli dostum
Çingiz Həşimovun 80 illik yubileyinə)

İdmanın zirvəsin fəth edən kişi,
Zirvədən zirvəyə yol gedən kişi,
İdmanı canından çox sevən kişi,
Qardaş, 80 yaşın mübarək olsun,
Gözlərin daima qoy nurlu olsun.

Əməlin gözəldi ürəyin kimi,
Qanın da təmizdi çörəyin kimi,
Allaha əzizsən mələyi kimi,
Qardaş, 80 yaşın mübarək olsun,
Gözlərin daima qoy nurlu olsun.

İdman tarixində adın qalacaq,
Gələcək nəsillər yada salacaq,
Cavanlar adından ilham alacaq
Qardaş, 80 yaşın mübarək olsun,
Gözlərin daima qoy nurlu olsun.

Xanların nəvəsi, Yavərim oğlu,
Uğurun, hünərin, zəfərin oğlu,
Dünənin, bu günün, səhərin oğlu –
Qardaş, 80 yaşın mübarək olsun,
Gözlərin daima qoy nurlu olsun,

Dostun Şükür yazdı sənin xətrinə,
Gəl, fikir ver, kəlməsinə, xətrinə.
El yığışıb bu gün sənin ətrinə-
Qardaş, 80 yaşın mübarək olsun,
Gözlərin daima qoy nurlu olsun.

Hacı Allahşükür Eloğlu

Share: