Rusiya ordusunun daha bir polkovniki məhv edilib

Ukrayna hərbçiləri Rusiya ordusunun Qərb Hərbi Dairəsinin mühəndis qoşunlarının rəhbəri, polkovnik Nikolay Ovçarenkonu öldürüblər. Ovçarenko 70 döyüşçüsü ilə birlikdə Xarkovda – İzyum yaxınlığında öldürülüb.

Bu xəbəri DİALOQ.UA Anatoliy Ştefanın Teleqram kanalına istinadən yayıb.

Severski Donets çayı üzərində Ovçarenkonun düşmənçilik fəaliyyəti onun və Moskva vilayətindən olan 45-ci ayrı mühəndis briqadasının 20-yə yaxın hərbçisi üçün sonuncu olub. Bundan başqa, 46 rus tankçısı yaralanıb.

Müstəqil.Az

Share: