Regional idarənin rəisi Divanlı kənd uşaq musiqi məktəbində olub

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova 07 iyun tarixində Bərdə rayon Divanlı kənd uşaq musiqi məktəbində olub.
Əvvəlcə idarə rəisinə məktəb haqqında ətraflı məlumat verilərək, məktəbin qazandığı uğurlar, müsabiqələrdə nailiyyət qazanmış müəllimlər və şagirdlər barədə məlumat verilib. İdarənin rəhbərliyi musiqi məktəbinin fəaliyyəti və maddi-texniki bazası ilə yaxından tanış olmuş, məktəb kollektivi ilə görüşüb. Regional idarənin rəisi Vəsilə Möhsümova çıxış edərək məktəbdə iş prosesinin müasir tələblərə uyğunlaşdırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, yerli və beynəlxalq müsabiqələrsə iştirak, əmək intizamına ciddi riayət olunması, sənədləşdirmə işlərinin düzgün, vaxtında və qüsursuz aparılması, əhaliyə göstərilən mədəni xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlarını çatdırıb.
Daha sonra görüş bədii hissə ilə davam edib.
İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir məktəbin müəllim və şagirdlərinin hazırladığı konsert proqramı ilə davam edib.
Sonda xatirə şəkli çəkdirilib.

Müstəqil.az

Share: