Ramazan ayının başlayacağı tarix açıqlandı…

Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i mayın 17-nə təsadüf edir.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, bu, Qafqaz müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimdə əks olunub.

Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-a təsadüf edir.

Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq.

Share: