Quşlarla toqquşan təyyarə məcburi eniş etdi

Tbilisi-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına (THY) məxsus təyyarə Trabzonda məcburi eniş edib.
Layner havaya qalxdıqdan bir qədər sonra quş dəstəsi ilə toqquşub.
Mühərriyində nasazlıq yaranan “A321” təcili eniş edib. Təyyarə endikdən sonra sərnişinlər layneri tərk edib. THY onlar üçün yeni təyyarə göndərib. (Qafqazinfo)

Share: