Qardaşının ölüm xəbərini aldı, morqa getdi…Mərhumun Gözləri çıxarılmışdı – DƏHŞƏT

Misirdə paytaxt Qahirənin xəstəxanalarından birində vəfat edən kişinin gözləri oğurlanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda mərhumun qardaşı bildirib.

“Səhər saatlarında xəstəxananın rəhbərliyi qardaşımın ölümünü xəbər verdi. Morqa gedərək cəsədi təhvil alanda qardaşımın oğurlanan gözlərinin çıxarıldığını gördük”, – Abduttavab adlı misirli deyib.

Onun sözlərinə görə, xəstəxananın işçiləri hadisənin necə baş verdiyinə dair məlumatlarının olmadığını söyləyirlər. Misirli xəstəxana rəhbərliyindən hadisə ilə bağlı polisə şikayət edib.

Müstəqil.Az

Share: