Qardaş ölkə Türkiyədə “Türktoyu” jurnalının ilk sayı işıq üzü gördü

Müstəqil.az xəbər verir ki, qardaş ölkə Türkiyədə yeni fəaliyyətə başlayan “Türktoyu” aylıq ədəbiyyat jurnalının ilk sayı işıq üzü görmüşdür.

Jurnalın əsas məqsədi Tûrk dünyasının ədəbiyyat və mədəniyyətinə xidmət etmək, Türk xalqları arasında ədəbi körpü qurmaqdır.

 

Jurnalın baş redaktoru Adəm Yeşildir.

Jurnalın ilk nömrəsində Azərbaycan, Özbəkistan ,Türkiyə və başqa Türk dünyası yazarlarının şeir və hekayələri yer almışdır .

Yaxın günlərdə keçiriləcək təqdimat mərasimində ədəbi camiaya təqdim olunacaq jurnalın ərsəyə gəlməsində əməyi keçən hər kəsə uğur arzulayırıq .

Aysel Xanlarqızı Səfərli 

Müstəqil.az

 

Share: