“Qarabağ” “Trabzonspor”un hücumçusunu istəyir

“Qarabağ” Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Benqali-Fode Koyta ilə maraqlanır.

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı “61saat” nəşri yayıb.

“Hatayspor” və “Girəsunspor”un da 32 yaşlı hücumçunu heyətinə qatmaq istədiyi bildirilib. Lakin qvineyalı oyunçu hər iki təklifi rədd edib.

Benqali-Fode Koyta 2021-ci ildən “Trabzonspor”da çıxış edir. Qara dəniz təmsilçisi müqaviləsi 2024-cü ildə başa çatan afrikalı forvardla yollarını ayırmaq istəyir.

 


Share: