Qanunsuz yolla sərhədi keçmək istəyənlər,Anasının kürəyində cəsədi tapılan Məhəmməd…-FOTO

Bir qrup şəxs qeyri-qanuni yolla İrandan Türkiyəyə keçib.

Müstəqil.Az İHA-ya istinadla bildirir ki, qeyri-qanuni yolla İrandan Türkiyəyə keçən Əfqanıstan əsilli qrupdan geriyə Qarasu çayında donub ölən 3 yaşlı uşağın cəsədi qalıb.

Qaçaqlar Ağrı dağının ətəklərindən Aralık mahalına gəliblər. Onlar Qarasu çayının yanına çatanda polislərə yaxalanıblar. Polislər əraziyə çatanda 3 yaşlı uşağın cəsədini tapıblar.

Çayı keçərkən islanaraq ölümcül xəstələnən bir neçə nəfər xəstəxanaya çatdırılıb.

Anasının kürəyində cəsədi tapılan Qana əsilli Məhəmməd adlı uşağın cəsədi autopsiya edilmək üçün Ərzuruma göndərilib. Onun donaraq öldüyü təsdiqlənib. O, Ərzurumdakı kimsəsizlər qəbirstanlığında dəfn ediləcək.

Share: