Müstəqil.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, avqustun 7-də polis əməkdaşları tərəfindən paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.
Keçirilən əməliyyat və profilaktik tədbirlər nəticəsində 1 qumbara, 2 mərmi və 8 ədəd patron aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və döyüş sursatının aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Qeyd edək ki, Azərbaycan polisinin həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz silah-sursat saxlayan şəxslərin müəyyənləşdirilməsi və qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi iş aparılır.
Tural Balabəyli


















