Qadın iş adamına CADU ETDİLƏR VƏ… – Anbaan KAMERAYA DÜŞDÜ – Azərbaycanda ŞOK

Mingəçevir sakini iş yerinə, evinə və maşınına atılan dualarla bağlı polisə müraciət edib.

Publika.az xəbər verir ki, şəhərin DRES qəsəbəsində Mirvari Məmmədovaya məxsus mağazanın və evin qarşısına naməlum şəxs tərəfindən hər gecə torpaq səpilir,satış mərkəzinin qapısına yağ sürtülür. Bundan başqa gecə saatlarında maskalı şəxs siqaret kötüklərinə bənzər duaları qadın iş adamına məxsus obyektə atır. Həmçinin, həmin şəxs müxtəlif yazılar olan bükülü kağızları maqnitə bükərək ərazidəki dəmir hissələrə yapışdırır.

Mirvari Məmmədova şikayətində bildirib ki, həmin şəxsin görüntüləri obyektin qarşısında quraşdırdığı kameraya da düşüb və həmin videonu polisə təqdim edib. Videoda həmin şəxsin gecə obyektin qarşısına gələrək əli ilə ora yağ sürtməsi, maqnitə bükülmüş kağız yapışdırması görünür. Mirvari Məmmədova həmin şəxsin el arasında “qurd yağı” deyilən vasitəni mağazanın müxtəlif hissələrinə sürtməklə onlara pisxoloji təsir göstərməyə cəhd etdiyini deyib.

İş adamı tanımadığı şəxslərin ailəsinə məxsus avtomobilə və yeni inşa edilən binada aldıqları mənzilə də yağ sürtdüklərini əlavə edib.

Faktla bağlı araşdırma aparılır.

Share: