Arzu Göytürk “Günah pərisini” oxuculara təqdim etdi…

Müstəqil.Az xəbər verir  ki, noyabrın 33 -də Sumqayıt şəhər, “Əli Kərim adına poeziya evində” gənc şairə Arzu Göytürkün “Günah pərisi” adlı  ilk şeirlər kitabı ədəbi mühitə təqdim olunub.

Tədbirə ədəbiyyatçılar, tanınmış simalar, şairlər və jurnalistlər qatılıblar.

Tanınmış şairə, AJB və AYB-nin üzvü,”Azad qələm” qəzetinin baş redaktoru Nəcibə İlkinin aparıcılığı ilə tədbirdə bir çox insanlar çıxış edərək gənc şairənin ilk kitabını təbrik ediblər.

Kitabın redaktoru Vaqif Coşqun,tanınmış şairlər və jurnalistlərdən Qafqaz Əvəzoğlu,Əşrəf Veysəlli,Qəşəm Nəcəfzadə,Pərixanım Mikayılqızı,gənc yazarlardan Şəhla Vahid,Elçin Məmmədov,Fatimə Əlihüseyn,Aysel Səfərli və başqaları şairənin kitabı haqqında fikirlər söyləyib şeirlərindən səsləndiriblər.

Sonda şairə gələn qonaqlara dəstək olub xoş günündə onu yalnız buraxmadıqları üçün təşəkkürünü bildirib,bir neçə şeirini ifa etmişdir.

Müstəqil.Az olaraq gənc şairə Arzu Göytürkə yaradıcılıq uğurları diləyirik…

 

Share: