Qəzzada qan su yerinə axır…İsrail ordusu və fələstinlilər arasında qanlı toqquşma….

İsrail ordusu ilə fələstinlilər arasında toqquşma nəticəsində 16 nəfər həlak olub, 165 nəfər yaralanıb
Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Bu barədə Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, Qəzza zolağında etirazçılar və İsrail əsgərləri arasında toqquşma baş verib. Nəticədə İsrail əsgərləri odlu silahdan istifadə ediblər. İnsident zamanı 16 fələstinli öldürülüb, 165 nəfər isə yaralanıb. Qeyd edək ki, bu gün Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürüləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu gün baş tutacaq açılış mərasiminə ABŞ və İsrail rəsmilərinin qatılacağı gözlənilir. ABŞ prezidenti Donald Tramp ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Qərar dünya dövlətləri, xüsusilə də müsəlman ölkələrinin ciddi narazılığına səbəb olub. Fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail Qüdsün şərqini ilhaq edərək şəhəri öz vahid və bölünməz paytaxtı elan edib. İsrailin bu addımı dünya birliyinin etirazına səbəb olub.

Share: