Prezidentin Əhmədzadənin yerinə təyin etdiyi şəxs kimdir? – DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Zaur Rauf oğlu Mikayılov “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri təyin edilib.

 

Müstəqil.az İndex.az-a istinadən məlumat verir ki, bu təyinatadək Zaur Mikayılov “Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

 

2001-2009-cu illər ərzində “Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

 

Daha sonra Zaur Mikayılov “PAŞA Construction” tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, “Port Baku Towers”in baş direktoru olub.

 

“Bravo” supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə Zaur Mikayılov “Agro Dairy” MMC-də baş direktor vəzifəsini tutub. Adıçəkilən şirkət “PAŞA Holdinq”in strukturuna daxildir.

 

Zaur Mikayılov Bosfor Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirib.

Share: