Paytaxtın mərkəzində polis belə bıçaqlandı – VİDEO

Moskvanın mərkəzində polis əməkdaşına hücumun video görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, videoçarx “Moskva 24” telekanalının rəsmi Yutub hesabında dərc edilib.

Kadrlardan görünür ki, cinayətkar polisi bir neçə dəfə bıçaqla vurur və sonra hadisə yerindən qaçır. Polis sinədən yaralanma ilə xəstəxanaya çatdırılıb.

Hadisə ötən gün günorta saatlarında Slovakiya səfirliyinin binasının qarşısında baş verib.

Hazırda cinayətkar axtarılır. Onun barəsində hakimiyyət nümayəndəsinin həyatına qəsd etmə maddəsi üzrə cinayət işi qaldırılıb. Ömürlük azadlıqdan məhrum edilmə bu maddə üzrə maksimal cəzadır.

Share: