Paşinyan növbədənkənar seçkilər təyin etdi

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin vaxtını açıqlayıb. Bu haqda Paşinyan özünün Facebook hesabında yazıb. Bildirib ki, qərarı “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanla görüşündən sonra verib.

“Biz görüş zamanı belə qənaətə gəldik ki, yaranmış daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolu növbədənkənar seçkilərdir. Mənim habelə Ermənistan prezidenti, “Mənim addımım” fraksiyası və “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyanka müzakirələrimi də diqqətə alaraq bu il iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verdik”,-o bildirib.

Qeyd edək ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışan müxalifət-“Vətənin xilası naminə hərəkat” və onun rəhbəri Vazgen Manukyan indiki hökumətin nəzarətində hər hansı seçkiləri yolverilməz hesab edir.

Müstəqil.az

Share: