Paris aksiyalarında SÜRPRİZ ŞƏXS – Putinin yaxın adamı…

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskoca Fransanın paytaxtında təşkil edilən küçə nümayişlərinə qatılıb.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, Perskova özü sosial media hesabında bu barədə informasiya yayıb.

O, verdiyi açıqlamada Fransa xalqının mübarizəsini alqışlayıb. Parisin məşhur küçələrində barrikadalar qurulmasını isə təəccüblə qarşıladığını bildirib.

Qeyd edək ki, Paris şəhərində benzin və digər yanacaq növlərinin qiymətinin bahalaşmasına etiraz olaraq “Sarı jiletlilər” aksiyası baş qaldırıb.

Share: