Konfrans Liqası: “Omoniya” “Qəbələ” ilə oyunda hesabı bərabərləşdirib

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

Qonaqlar hesabı bərabərləşdirib – 1:1.

Roman Bezus 45+1-ci dəqiqədə fərqlənib.

20:11

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda erkən qol vurulub.

Azərbaycan təmsilçisi ikinci dəqiqədə hesabı açıb – 1:0.

Əyyub Əllaş qonaqları məyus edib.

20:08

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Qəbələ şəhər stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü rumıniyalı Andrey Çivulete idarə edir.

Cütün qalibi növbəti raundda “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.

19:14

Qəbələdə eyniadlı komanda ilə Kipr “Omoniya”sı arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün heyətlər müəyyənləşib.

Oxu.Az xəbəri verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 28. Murad Musayev, 4. Lukas Afriko, 34. Urfan Abbasov, 7. Emil Səfərov, 99. Ahmed Ayzaya, 9. Əyyub Əllaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 72. Osama Xalayla
Baş məşqçi: Elmar Baxşıyev

“Omoniya”: 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 22. Adam Lanq, 6. Markinyos Sipriano, 31. Yoannis Kusulos, 8. Moretu Kassama, 10. Loizos Loizu, 90. Roman Bezus, 7. Villi Semedu, 18. Kərim Ansarifard
Baş məşqçi: Sofronis Avqusti

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Share: