Elbrus dağlarında turist qadın 3,8 min metr yüksəklikdə övlad dünyaya gətirdi

Elbrus dağlarında ilk dəfə turist qadın 3,8 min metr hündürlükdə uşaq dünyaya gətirib.

Qadın kanat yolu ilə dırmaşarkən doğum sancıları başlayıb. Xilasedicilərin qadının yanına çatması çətin olduğu üçün o, Qara-Başi stansiyasında körpəni özü dünyaya gətirməli olub. Yanında ona mənəvi dəstək olan digər turistlər və işçilər də olub.

Turistin oğlan övladı dünyaya gəlib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, belə hal ilk dəfə baş verir: Elbrusda əvvəllər heç kim uşaq dünyaya gətirməyib.

Qeyd edilir ki, qadın hamilə olduğunu bilməyib.

Sosial şəbəkə istifadəçiləri hesab edir ki, oğlana Elbrus adı verilməlidir.

Mənbə: Gazeta.ru

Share: