Bakıda idarəetmədən çıxan maşın ağac və qaz dirəyini qoparıb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində qeydə alınıb.

KIA və “Honda” markalı avtomobillər toqquşub. İdarəetmədən çıxan KIA markalı avtomobil yol kənarındakı ağac və qaz xəttini saxlayan dirəyə çırpılıb. Nəticədə yol təsərrüfatına zərər dəyib, ağac və dirək yerindən qopub. Bir nəfər yüngül xəsarət alıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobillər ərazidən götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Share: