Orxan Camalın meyiti Rusiyaya gətiriləcək

Mərkəzi Afrika Respublikasında öldürülən rusiyalı jurnalist Orxan Camalın və daha iki jurnalistin meyiti avqustun 4-də Rusiyaya gətiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistləri çəkilişə göndərən Mixail Xodorkovskinin “Araşdırmaların İdarə Olunması Mərkəzi”nin rəhbəri Andrey Konyaxin deyib.

Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, səfirlik hazırda məsələ ilə bağlı iş aparır və jurnalistlərin meyiti yaxın vaxtlarda ölkəyə gətiriləcək.

Xatırladaq ki, hadisə iyulun 30-da MAR-ın Sibyu şəhərindən 23 km aralıda baş verib. Naməlum şəxslərin avtomobili atəşə tutması nəticəsində jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko öldürülüb. Avtomobilin sürücüsü sağ qalıb. Hadisənin motivi hələlik məlum deyil.

Qeyd edək ki, O. Camal mərhum teoloq və politoloq Heydər Camalın oğludur.

Share: