Obama ilə görüşən 27 yaşlı azərbaycanlı kimdir? – FOTO

AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Təlim Mərkəzinin könüllüləri tərəfindən Azərbaycanca Vikipediyada yeni məqalə yaradılıb.

Mərkəzdən Publika.az-a verilən məlumata görə, məqalə “Antisemitizmə və ksenofobiyaya qarşı mübarizə” gənclər dərnəyinin rəhbəri Siyavuş Derəxti haqqındadır.

Xatırladaq ki, İsveç hökuməti S.Derəxtinin düşmənçilik və ksenofobiyaya qarşı göstərdiyi fəallığı nəzərə alaraq 2013-cü ildə II Dünya müharibəsi zamanı almanların ölüm düşərgələrindən minlərlə yəhudini xilas edən İsveç diplomatın şərəfinə adlandırılan “Raul Vollenberq” mükafatını ona təqdim edib.

2016-cı ildə azərbaycanlı gənc fəal Siyavuş Derəxtinin adı “Forbes” siyahısına salınıb.

 

Share: