Nişandan qayıdan ailə qəzaya düşdü: Ölən var

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Müstəqil.Az xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər – Gülnarə Elyasova (1967), Vüsalə Elyasova (1979), Səyalı Mustafayeva (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

 

Share: