Nikol Paşinyan erməni xalqını məyus edir…

Məmurların hamısının və dərhal istefaya göndərilməsi tələbi düzgün deyil.
Müstəqil.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
Son günlər Yerevan merinin və Ermənistan baş prokurorunun istefası tələbi ilə artan etirazları şərh edən N.Paşinyan bunun üçün vaxt lazım olduğunu bildirib:
“Hamının və dərhal istefaya göndərilməsi düzgün olmazdı. Fikrimcə, bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır”.
Qeyd edək ki, N.Paşinyan mayın 8-də, bir aya yaxın davam edən etiraz aksiyalarından sonra Ermənistanın baş naziri seçilib.
Müstəqil.Az

 

Share: