Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır- Yunus Oğuz

Naxçıvan  Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır- Yunus Oğuz

“8 avqust 2025-ci ildə  ABŞ-nin Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisi olan Ağ Evdə  Azərbaycan və Ermənistan arasında paraflanan   sülh   müqaviləsinin nəticələrinə görə artıq Naxçıvan daha böyük səlahiyyət qazanıb.

Yəni, Naxçıvan loqistik mərkəzə çevrilməklə dünyanın neft-qaz kəmərləri bu ərazidən keçəcək”. “Olaylar” xəbər verir ki, bunu “Olaylar” qəzeyinin baş redaktoru Yunus Oğuz deyib: “Dünyanın “Bir kəmər, bir yol” layihəsi Naxçıvanı ehtiva edir. Ona görə də Naxçıvanın əhəmiyyəti kifayət qədər artır. Və belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana səfər etməsi və cənab  Prezidentin tapşırığı  ilə  orada   çox vacib işlərin görülməsi- turizm, sənaye, iqtisadiyyatın gücləndirilməsi bir daha xəbər verir ki, Naxçıvanın əhəmiyyəti artıb. Sözsüz ki, iqtisadi artım həm də əhalinin rifahına təsir edəcək.
Naxçıvanda bir neçə logistik strukturun yaradılması, avtomobil və dəmir yollarının çəkilməsi, ümumilikdə iqtisadiyyatın, sənayenin inkişafı bir daha göstərir ki, Naxçıvan bu gün Zəngəzur dəhlizinin açılmasında ən mühüm, ən vacib rollardan birini oynayır.

Nəzərə almaq lazımdır ki, Naxçıvan həm də üç dövlətin ərazisi ilə sərhəddir: Ermənistan, Türkiyə (Azərbaycanın Türkiyəyə birbaşa sərhədi məhz Naxçıvandan keçir) və İran… Mən burada bəzi məsələləri birbaşa demək istəyirəm. Naxçıvan bu gün Azərbaycanın ən aparıcı bölgələrindən biri olmalıdır.  Azərbaycan Respublikasının Prezidenti buna kifayət qədər önəm verir. Artıq bu istiqamətdə bir çox işlərin görülməsinə başlanılııb. Bir çox işlər görülüb və bir çox işlər də görülür.
Azərbaycan Respublikası Prezidentinin Naxçıvana diqqəti təkcə Naxçıvana deyil, həm də bütövlükdə Azərbaycanın hər bölgəsinə diqqəti ehtiva edir. Xüsusilə də işğaldan azad olunmuş  Qarabağ  və  Şərqi  Zəngəzur  ərazisinə… Yaddan çıxarmayaq ki, Zəngəzur dəhlizi bölgənin birbaşa Naxçıvanla əlaqəsini təmin edəcək bir infrastrukturdur. Odur ki, Naxçıvanda həyati hadisələrin daha da dirçəlməsi, daha da inkişaf etməsı Avropanı, dünya dövlətlərini özünə cəlb edir. Diğər tərəfdən, Naxçıvanın özünün inkişafı və yeni iş yerlərinin açılması, insanların işlə təmin olunması da bu məsələlərdən biridir. Düşünürəm ki, dövlət başçısının Naxçıvan səfəri bu gün ən böyük səfərlərdən biri kimi Azərbaycan tarixinə daxil olacaq və Naxçıvanın inkişafına böyük təkan verəcəkdir”.

Share: