“Nant”ın “Qarabağ”la Bakıda keçirəcəyi matç üçün səfər proqramı açıqlandı

Fransanın “Nant” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Qarabağ”la Bakıda keçirəcəyi matç üçün səfər proqramı məlum olub.

Müstəqil.Az xəbər verir ki, Fransa təmsilçisi bu gün paytaxtımıza gəlir. Komandanı daşıyan təyyarə saat 22:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək.

Komanda görüşdən dərhal sonra Fransaya qayıdacaq.

Bu, Avropa Liqasının 2022/2023-cü il mövsümündəki ən uzaq səfər hesab olunur. Ölkələr arasındakı məsafə 4,118 kilometrdir.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” – “Nant” qarşılaşması saat 20:45-də başlayacaq.

Müstəqil.Az

Share: