Müstəntiq bacanağı tərəfindən öldürüldü – Namus üstündə qətl

Ötən gün Neftçala rayonunda qətl hadisəsi baş verib.

Müstəqil.Az  virtualaz.org-a istinadən xəbər verir ki, Neftçala şəhər sakini , 1956-cı ildə anadan olmuş Vaqif Kəlbiyev bıçaqlanaraq qətlə yetirilib. Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonunda müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

Qətlin namus üstündə bacanağı İbrahim İbrahimov tərəfindən törədildiyi deyilir. Qətl mərhumun hüquqi yardım ofisində baş verib.

Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


 Müstəqil.Az
Share: