Moskvada sərxoş azarkeşi pəncərədən atıblar

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı – 2018 üçün Moskvaya gələn Nigeriya vətəndaşı Toluope Akindi xəstəxanaya yerləşdirilib.
Müstəqil.Az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə “Mash” kanalı məlumat yayıb.
Məlumata görə, Moskvadakı çoxmərtəbəli yaşayış binalarından birində nigeriyalını ikinci mətrəbədən atıblar. Buna səbəb isə, 26 yaşlı Akindinin sərxoş vəziyyətdə eyvana çıxaraq rəqs etməsi olub.
Azarkeş sakinlərin müraciətinə əməl etməyəndə, onlardan biri Akindini itələyib.

Share: