Moldovada fövqəladə vəziyyət müddəti artırıldı

 

Rusiyanın Ukraynaya hücumu ilə bağlı Moldovada fövqəladə vəziyyət müddəti daha 60 gün uzadılıb.

Müstəqil.Az “Qafqazinfo” -ya istinad edərək xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Natalya Qavrilitsa məlumat verib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət həm də enerji böhranı və qaçqın axınının idarə edilməsi zərurəti ilə bağlıdır.

Share: