“Marvel”in yeni filmində ukraynalı aktrisa yer alacaq

“Marvel” qarşıdan gələn “The Thunderbolts” filminin aktyor heyətini açıqlayıb.

Məlumata görə, filmdə baş rolları Florens Pyu (Elena Belova, Qara Dul qadın), Sebastyan Sten (Baki Barns, qış əsgəri), Devid Harbor (qırmızı mühafizəçi), Uayt Rassel (Con Uoker), Hanna Con-Kamen (Kabus) və ukraynalı aktrisa Olqa Kurilenko (Taskmaster) ifa edəcəklər.

Filmin rejissoru Cek Şreyer olacaq.

“The Thunderbolts” filminin ilk nümayişi 26 iyul 2024-cü ilə planlaşdırılıb.

Mənbə: gazeta.ru

Share: