Belçika şahzadəsi Mariya Laura ailə qurub

Belçika kral ailəsinin üzvü şahzadə Mariya Laura Britaniya investisiya bankiri Uilyam Aysvi ilə evlənib.

Toy tədbirləri iki gün çəkib. Cümə günü, sentyabrın 9-da Brüssel Şəhər Şurasında nikah mərasimi baş tutub.

Şənbə günü, sentyabrın 10-da cütlük Brüssel Katedralında (Müqəddəs Mixail və Qudula Katedralı) evlənib.

34 yaşlı Mariya Lauranı ilk olaraq valideynləri şahzadə Astrid və şahzadə Lorenz təbrik ediblər. Onun bacısı şahzadə Luiza isə toyda gəlinin rəfiqəsi kimi iştirak edib.

Qeyd edək ki, şahzadə Mariya Lauranın anası Kral Filipin kiçik bacısıdır.

Mənbə: gazeta.ru

Share: