Məşhur aktrisa xəstəxanalıq oldu

Məşhur italyan aktrisası Cina Lollobricida yıxıldıqdan sonra omba sümüyü sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, iyulda 95 yaşı tamam olan aktrisanın vəziyyəti ciddi narahatlıq doğurmur.

Qeyd edək ki, Lollobricida sentyabrın sonunda keçiriləcək seçkilərdə ölkənin yuxarı palatasına (Senat) namizədliyini irəli sürüb. O, “Suveren və Xalq İtaliyası” siyasi qurumunu təmsil edəcək.

Mənbə: TASS

Share: