Məşhur türkiyəli aktyor və müğənni vəfat etdi

Türkiyəli müğənni, aktyor Nuri Sesigüzel vəfat edib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, 86 yaşlı ifaçı müalicə aldığı xəstəxanada ürək çatışmazlığından dünyasını dəyişib.

Karyerasına müğənniliklə başlayan Sesigüzel aktyor kimi ilk dəfə 1963-cü ildə “Kara yılan” filmində rol alıb.

O, “Fabrikanın gülü”, “Kara tren”, “Aşk türküsü”, “Mahallenin namusu”, “Kaderin oyunu” kimi ekran işlərində də görünüb.

Share: