Məşhur aktrisa damağında siqaret yuxuya getdi, bədəninin 50% yandı – Həkimlər onu xilas etməyə çalışır

Müstəqil.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın məşhur aktrisası Marianna Rubinçik gecəyarı üzünün və bədənin yanması diaqnozu ilə yaxınları tərəfindən hospitalizə olunub.
Məlum olub ki, qadın damağında yanılı siqaretlə yuxuya gedib, siqaret divana düşərək alışıb və nəticədə bədən və üzünün 50%-i yanıb.
Moskva xəstəxanalarının birində reanimasiya şöbəsində olan aktrisanı həkimlər xilas etməyə və daha sonra plastik əməliyyatla yanmış nahiyələri bərpa etməyə çalışırlar.
Marianna Rubinçik 1974-cü ildə anadan olub, bir sıra filmlərdə rol alıb.
Müstəqil.Az

Share: