LDU-da Pilot layihənin icrası ilə bağlı yekun   konfrans  keçirilib.

LDU-da Pilot layihənin icrası ilə bağlı yekun   konfrans  keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihə”nin  icrası ilə bağlı yekun konfrans keçirilib.

Konfransı universitetin rektoru vəziəfəsini icra edən professor Natiq İbrahimov  açıb və Respublika Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə”  27 noyabr 2017-ci il tarixli  əmrindən,onun  icrası ilə əlaqədar görülən işlərdən söz açıb.Bildirib ki,Pilot layihənin icrası  Lənkəran Dövlət Universitetilə  layihəyə qatılan  Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında sıx elmi-pedaqoji əməkdaşlığın yaranmasına,metodiki və təlim metodlarının təkmilləşdirilməsinə,istedadlı şagirdlərin aşkarlanmasına imkan verib ,birgə fəaliyyət  tərəflər  üçün səmərəli olub.

Pilot layihənin yekunları barədə konfrans iştirakçılarını  layihənin kordinatoru, LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov geniş  məlumatlandırıb.Məruzəçi qeyd edib ki,layihənin nəticələri gözlənildiyindən də uğurlu olub.Belə ki, layihənin tədbiqi nəticəsində ali təhsil müəssisəsi ilə umumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlıq mühiti formalaşıb,tədris-metodiki işlərin effektiv qurulması təmin edilib,müəllimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin davamlı inkişafına nail olunub,istedadlı məktəblilərin aşkarlanması və onların respublika  fənn olimpiadalarında uğurlu iştiraklarının təmini sahəsində mühüm nailiyyətlər qazanılıb.Pilot layihənin tədbiq edildiyi hər 3 rayon üzrə son iki ildə respublika olimpiadalarına qatılan iştirakçıların sayı dəfələrlə  artıb, onların nəticələri  əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə  yüksəlib.Məktəblərdə  universitet müəllimləri tərəfindən ustad dərslərin keçirilməsi,məktəb müəllimlərinin açıq dərslərinin  təşkili,kimya , biologiya,fizika, riyaziyyat fənləri üzrə   gecələrdə praktik məşğələlərə geniş yer ayrılması səmərəli olub.Pilot layihə çərçivəsində görülmüş işlərin nəticələri barədə  kitabın tərtib edilməsi isə  imkan verir ki,qazanılan təcrübədən respublikanın digər ali və ümumtəhsil   müəssisələri də  yararlana bilsinlər.

Məruzə ətrafında keçirilən müzakirələrdə Lənkəran ,Astara,Yardımlı rayonlarının  təhsil şöbələrinin rəsmiləri, təhsil işçiləri,layihə iştirakçısı olan  universitet müəllimləri  çıxış edərək qarşılıqlı fikir mübadiləsi ediblər.Disskussiya şəraitində keçən müzakirə zamanı söylənən təkliflərə,mülahizələrə  münasibət plyürealizmi ,fikir müxtəlifliyi ilə diqqət çəksə də, yekunda iştirakçılar birmənalı olaraq  Pilot layihəni səmərəli hesab etdiklərini bildirərək, onun davamlı olmasını təhsil nazirliyindən və universitet rəhbərliyindən xahiş ediblər.Öz növbəsində Lerik rayon təhsil şöbəsinin müdiri, bu rayonun təhsil işçiləri də növbəti tədris ilində Pilot layihəyə qoşularaq ondan yararlanmaq niyyətində olduqlarını bildiriblər.

Konfransın işində iştirak edən Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov və nazirliyin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev layihəni uğurla yekunlaşdırdığına  görə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimova,universitetin  professor müəllim heyətinə, iştirakçı rayonların təhsil işçilərinə minnətdarlıq bildiriblər.Ölkə təhsilində ilk dəfə Cənub regionunda tədbiq edilən Pilot layihənin nəticələrindən razı qalan Aydın Əhmədov onun  növbəti illərdə də davam etməsini  lazımlı sayıb,müzakirə zamanı   konkret təkliflərini irəli sürüb.

Sonda konfrans iştirakçıları adından ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlanıb.

Share: