Kiyevdə rusların K-52 döyüş helikopteri vuruldu

Kiyevdə hava hücumundan müdafiə bölmələri düşmənin daha bir K-52 döyüş helikopterini vurub.

Bu barədə Kiyev vilayət hərbi administrasiyasının sədri Aleksandr Pavlyuk məlumat verib.

“Mənfi daha bir düşmən vertolyotu! Bu gün Buçansk vilayətində Ukrayna ordusunun hava hücumundan müdafiə bölmələri düşmənin K-52 döyüş helikopterini vurub! Mənfi daha bir düşmən “Alliqatoru” var”, – mesajda deyilir.

Qeyd olunur ki, helikopter “Stinger MANPADS” vasitəsi ilə vurulub.

Müstəqil.Az

Share: