“Kediciklər”in şok bağlantıları ortaya çıxdı: FETÖ ilə əlaqələri varmış…

Adnan Oktar və qrupuna qarşı yönəlmiş istintaq çərçivəsində şübhəli şəxslərdən ələ keçirilən materiallar əsasında yeni şok məlumat və bağlantılar ortaya çıxıb.

Musavat.com-un məlumatına görə, A.Oktarın “kedicikləri”nin FETÖ-nün ən üst səviyyəli isimləri ilə mütəmadi şəkildə əlaqələri olub.

“Kediciklər”dən Aslıhan Hantal keçmiş vəkil İlhan İşbilən və “Zaman” qəzetinin sahibi Aleaddin Kaya ilə tez-tez əlaqə yaradıb.

Bundan başqa, Fatma Ceyda Ertüzün adlı “kediciyin” də bağlanan Fateh Universitetinin rektoru Şerif Ali Tekalan, Fətullah Gülənin vəkili Abdulkadir Aksoy və FETÖ-nün imamı kimi tanınan Osman Karakuş ilə görüşdüyü ortaya çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən “kediciklər” terror qruplaşması FETÖ-nün fərari isimlərindən olan Önder Aytaç ilə də görüşüblər.

Share: