Jurnalist Ülviyyə Şamilqızının cənazəsi Həştərxandan Azərbaycana gətirilib.

Jurnalist Ülviyyə Şamilqızının (Məmmədova) cənazəsi Həştərxandan Azərbaycana gətirilib.

Müstəqil.Az Teleqraf.com -a istinadən xəbər verir ki, mərhum bu gün günorta saatlarında Göygöl (keçmiş Xanlar) rayonunda torpağa tapşırılacaq.

Xatırladaq ki, Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb. Hadisə yanvarın 23-də, yerli vaxtla saat 18:20-də (Bakı vaxtı ilə saat 19:20-də) vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştərxan trasının 1378-ci kilomertliyində olub.

 

Müstəqil.Az

Share: