İtaliyanın ən gözəl bölgəsində 1 avroya evlər satılır – FOTOLAR

İtaliyanın Siciliya bölgəsində yerləşən, 11 min nəfərlik əhaliyə malik Mussomeli şəhərinin bələdiyyə sədri Cüzeppe Kataniya şəhərdə turizmi və iqtisadiyyatı canlandırmaq üçün maraqlı addım atıb.

Publika.az xəbər verir ki, bələdiyyə sədri şəhərdəki bəzi evlərin 1 avroya satılmasına qərar verib.

Ev sahiblərini tərk edilmiş və istifadə edilməyən evlərini 1 avroya satmağa razı salan Cüzeppe Kataniya artıq 39 ev sata bilib.

O, kampaniyası barədə açıqlamasında bildirib ki, məqsədi keçmişdə söz-söhbətli, qonaq-qaralı məhəllə və evlərin əvvəlki şənliyini geri qaytarmaqdır:

“Evlər köhnədir. Amma çox maraqlı və cazibəlidir. Hazırda 39 ev satmışıq. Bu isə 39 təmir şirkətinə yeni müştəri deməkdir”.

Şəhərin daimi sakinləri də bu layihədən məmnun olduqlarını dilə gətirib.

Müstəqil.Az

Share: