İstanbulu sel aparır – VİDEO

İstanbulun Pendik, Tuzla və Yalova rayonunda güclü yağış həyatı iflic edib.

Müstəqil.az BAKU.WS-a  istinadla xəbər verir ki, leysan nəticəsində yolda nəqliyyatın hərəkəti dayanıb, maşınlar su altında qalıb. Bir çox obyektləri su basıb.

O cümlədən, Pendikdə məktəblərdən birinin zirzəmisini və birinci mərtəbəsi su altında qalıb. Hadisə yerinə xilasedicilər cəlb edilib, məktəbdən şagirdlər təxliyə edilib.

Bundan başqa, təhlükəsizlik məqsədilə bölgədəki uşaq bağçalarının da müvəqqəti olaraq fəaliyyəti dayandırılıb.

 

VİDEO


Share: