İsraildə rüşvət qalmaqalı böyüyür – İDDİA

İsrailin Baş Naziri Benyamin Netanyahunun rüşvət alması ilə əlaqədar başlanmış istintaqın gedişi haqqında yeni xəbərlər gəlməkdədir. İbrani radiosunun verdiyi xəbərə görə Baş Nazir məsələ ilə əlaqədar evində 5 saat sorğu-suala tutulmuşdur.

Bu haqda Müstəqil.Az-a politoloq Əlimusa İbrahimov danışıb.

Politoloq onu da bildirmişdir ki, eyni zamanda Netanyahunun arvadı Sara Netanyahu da Lod şəhgərindəki polis mərkəzində ifadə verib.

Politoloq onu da bildirmişdi ki, İsraildə dərc olunan “Yedioth Ahronot” qəzetində yer alan məlumata görə sorğu zamanı Netanyahudan İsrailin ən böyük telekommunikasiya şirketi olan Bezeqle əlaqədar məsələlərə aydınlıq gətirməsi xahiş olunmuşdur:

“Netanyahunun Bezeqlə münasibətləri haqqında İsraildə yetərincə xəbərlər dolaşmaqdadır. Kulislərdə gəzən məlumatlara görə Netanyahu telekommunikasiya şirkəti ilə əlaqələrindən istifadə edərək özü, ailəsi və qohumları haqqında müsbət informasiyanın yayılmasına nail olmuşdur. Rabitə Nazirliyi xətti ilə Bezeqə müəyyən üstünlüklər tanınmış və Bezeq də bunun müqabilində Netanyahunun xahişlərini yerinə yetirmişdir.

İndi Bu məsələdə adı hallanan bütün məmurlar istintaq altındadır.

Hətta gələn xəbərlər arasında Netanyahunun Valla internet saytının redaktoruna təzyiq etdiyini sübut edən səs qeydlərinin olduğu haqda informasiyalar da vardır.

Sara Netanyahunun sorğusu zamanı ondan Bezeqin sahibi Şaul Eloviçin həyat yoldaşı ilə apardığı telefon söhbətləri haqqında məlumat istənil- mişdir.

Netanyahu birinci dəfə deyil ki, polisə ifadə verir. Hakimiyyətdə olduğu müddətdə ən azı yeddi dəfə o müstəntiqlərin suallarını cavablandırmalı olmuşdur. Hər dəfə o, özünə və həyat yoldaşına yönələn ittihamları rədd etmişdir. Bu dəfə də Baş Nazir günahsız olduğunu müdafiə edir, ona qarşı böhtan atıldığını sübut etməyə çalışaraq “Mən bu günə qədər  nə etmişəmsə, İsrailin mənafeyi naminə etmişəm. Bundan sonra da bunu edəcəyəm. İsrailin lideri olmaqda davam edəcəyəm”  deyir. Hiss olunur ki, çox arxayındır və növbəti dəfə də sudan quru çıxa biləcək.

Amma bu dəfə məsələ olduqca qəlizdir və onun İsrail Femidasının əlindən  çıxa biləcəyi asan görünmür. Belə ki, Bibinin növbəti dosyesi yetərincə qalındır və təkcə Bezeqlə bitmir.. Onun Bezeqlə qaranlıq münasibətlərindən əlavə vəzifə səlahiyyətlərindən sui-istifadə barəsində  dörd dosyesi də mövcuddur. 1000 və 2000 kod adlı dosyelər artıq tamamlanmışdır.

Polisdən verilən məlumata görə Netanyahunun rüşvət alması və vəzifəsindən sui-istifadə etməsi haqqında yetərli sübutlar vardır və prokurora ittiham irəli sürülməsi haqqında tövsiyə verilmişdir.

Ittihamların biznesmenlərdən bahalı hədiyyələr alması,  Yedioth Ahronath şirkətinin sahibi Arnon Moses ilə özü haqqında müsbət məlumat verilməsi üçün  bazarlıq etməsi, Almaniyadan sualtı qayıqlar alınarkən qanunsuzluqlara yol verməsi ətrafında qurulacağı gözlənilir.

Benyamin Netanyahu İsrail polisinin əlindən qurtarmaq üçün daxildə və xaricdə olan bütün imkanlarını işə salıb. ABŞ-a bu günlərdə edəcəyi səfər zamanı da şəxsi məslənin diqqət mərkəzində olacağı gözlənilir. Amma bütün bunların nəticəsis qalacağ proqnozlaşdırılır. Çünki Netanyahu rüşvət qalmaqlı ilə ittiham olunan birinci Baş nazir deyil. İsraildə bu az qala adi hala çevrilib. Uzun müddət hakimiyyətdən yapışıb qalan İsrail siyasətçiləri bu yolla oradan  uzaqlaşdırılır”.
Müstəqil.Az

 

 

 

 

 

 

 

 

 

 

Share: