İranda güclü zəlzələ: 716 yaralı, ölən var – Video

İranın İraqla sərhəddə yerləşən Kirmanşah şəhərində 6,4 bal gücündə zəlzələ baş verib.

Müstəqil.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hələ ki, hadisə ilə bağlı əlavə məlumat verilmir.

***

Zəlzələ Türkiyənin Hakkari rayonunun Şəmdinli, Yüksəkova, Çukurca və Dərəcik mahallarında da hiss edilib. Təkanlardan sonra əhali küçələrə çıxıb.

***

Təbii fəlakət nəticəsində İranın Kirmanşah vilayətində 114 nəfər xəsarət alıb.

Bu barədə Press TV məlumat yayıb.

***

Xəsarət alanların sayı 210 nəfərə çatıb.

Yaralıların Gilyanqərb, Qəsr-e-Şirin və Sere-Pole-Zöhab şəhərlərindən olduğu deyilir.

***

Kirmanşah qubernatoru Huşəng Bəzvəndə yaralıların 260 nəfər olduğunu açıqlayıb.

***

Zəlzələ nəticəsində xəsarət alanların sayı yüzlərlədir.

Təcili Yardım Xidmətinin rəhbəri Pir Hüseyn Qulivənd deyib ki, indiyə qədər 361 nəfər xəstəxanaya müraciət edib.

Xəsarət alanların sayının artacağı bildirilib.

***

İrandakı dəhşətli zəlzələdə xəsarət alanların sayı 550 nəfərədək artıb.

Bu barədə yerli Press TV məlumat yayıb.

Qeyd olunub ki, təkanlar Bağdad və Azərbaycanda da hiss edilib.

***

Zəlzələ nəticəsində İraq Kürd Muxtariyyətində bir nəfər ölüb, 43 nəfər yaralanıb.

Məlumatı “Rudav” yayıb.

***

İSNA-nın məlumatına görə, zəlzələ nəticəsində yaralananların sayı 716-ya çatıb.

Share: