İran Türkiyəni müdafiə etdi – Təzyiq və şantaj siyasəti…

ABŞ-ın iki türk nazirə yönəlik qeyri-qanuni sanksiyaları yalnız ABŞ-ın dövlət siyasəti adı altında yürütdüyü təzyiq və şantaj siyasətini deyil, eyni zamanda sanksiyalar mövzusundakı asılılığını göstərir.

Müstəqil.az xəbər verir ki, bu fikirləri öz Tvitter hesabında İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yazıb.

Xatırladaq ki, Ağ Evin sözçüsü Sara Sanders dünən Türkiyədə istintaqı davam edən amerikalı keşiş Andrev Brunsonun azad edilməməsini əsas göstərərək Ədliyyə naziri Əbdulhəmid Gül və Daxili İşlər naziri Süleyman Soyluya ABŞ-ın sanksiya tətbiq edəcəyini açıqlamışdı.

ABŞ Maliyyə Nazirliyi də yazılı açıqlamasında Gül və Soylunun “Brunsonun həbsində yer alan qurumları idarə etdikləri üçün” sanksiya siyahısına saldığını qeyd etmişdi.

Share: