İqtisadiyyat nazirindən mənzili olmayanlara müjdə

İpoteka kreditləşməsi növbəti illərdə daha da genişləndiriləcək, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sosial evlərin tikintisinə önəm veriləcək. Bu məqsədlə dövlət büdcəsindən 250 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bunu Milli Məclisdəki büdcə müzakirələri zamanı iqtisadiyyat naziri Şahin Mustafayev söylədi.

Nazir bildirdi ki, Mingəçevir sənaye parkında 5 mindən çox yeni iş yerlərinin açıqlamsı nəzərdə tutulur. Bundan əlavə, Masallıda da 30-dan çox layihə reallaşdırılacaq.

Ölkədə xalçaçılığın inkişafı məqsədilə 6 rayonda hazırlıq işləri başa çatıb, daha iki rayonda işlər davam edir. Sumqayıtda isə boya maddələrinin isthsalı məqsədilə müəssisələr tikiləcək.

Bundan əlavə, fermer və sahibkarlara güzəştli kreditlərin verilməsi məqsədilə bir sıra layihələr nəzərdə tutulub. Eyni zamanda bir sıra rayonlarda yeni aqroparkların yaradılması planlaşdırılır.

 

Share: