Bakıda doğranmış halda tapılan meyit kimsəsizlər qəbiristanlığında dəfn edildi

Bakıda doğranmış halda meyiti aşkar edilmiş şəxs dəfn olunub.
Müstəqil.Az APA-ya istinadən xəbər verir ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında aşkar edilən hissələrə parçalanmış kişi meyitinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Meyit Hovsan qəsəbəsi ərazisindəki kimsəsizlər qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında hissələrə parçalanmış naməlum kişi meyiti aşkar edilib. Meyitin başı, əlləri və ayaqları bir neçə gün sonra tapılıb.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Müstəqil.Az
Share: